Ukraynada azərbaycanlı futbolçuların qarşılaşması sülhlə başa çatdı

01:10 - 16 Aprel 2017

Ukrayna Premyer Liqasında 25-ci tur davam edir. 

 

Sportal.az xəbər verir ki, bu turda milli komandamızın oyunçuları Dmitri Nağıyev və Pavel Paşayevin şərəfini qoruduqları “Dnepr” və “Stal” üz-üzə gəliblər.

 

Həmyerlilərimizin komandalarının qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0. Həm Pavel, həm də Dmitri oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olublar.

 

25 oyundan sonra hesabında 28 xal olan “Stal” 8-ci, “Dnepr” isə 12 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti