"Kəpəz"in futbolçusu: "Başqa yolumuz yoxdu"

11:09 - 16 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXVI turunda “Kəpəz”i çətin sınaq gözləyir. “Sarı-göylər” çempionluğa oynayan “Qəbələ” ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, bu oyun öncəsi "sarı-göylər"in qapıçısı Davud Kərimi klubun saytına açıqlama verib:

 

“Hamımızın fikri qələbə qazanmağa yönəlib. Avroliqaya vəsiqə əldə etmək üçün qarşıdakı bütün oyunlardan üç xal götürməliyik. Başqa yolumuz yoxdur. Futbolçular məsuliyyəti, qarşıya qoyulan vəzifəni yaxşı dərk edir. Bunun üçün əvvəlcə “Qəbələ” ilə görüşdə məqsədimizə çatmalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı doğma meydanda qələbəyə, azarkeşləri sevindirməyə köklənib. Sonuncu turda “Neftçi” üzərindəki qələbə də uşaqları daha da ruhlandırıb. Bu qələbə ilə Avropa yolunda yenidən şans qazandıq. Qarşıdakı oyunda da uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”. 

 

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" qarşılaşması saat 16:00-da start götürəcək.

Xəbər xətti