Eddi İsrafilov "Kadis"ə lazım deyil

11:48 - 16 Aprel 2017

Futbol üzrə İspaniya ikinci liqasında 34-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kadis" səfərdə "Hueska" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1 - 1 hesablı heç-heçə ilə ayrılıb. Eddi görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Kadis" 34 turdan sonra 53 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti