Milli komandanın üzvü güllələndi

13:40 - 16 Aprel 2017

Panama millisinin üzvü Amilkar Enrikes qətlə yetirilib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi evi qarşısında 2 naməlum şəxsin hücumuna məruz qalıb. Bir neçə güllə yarası alan Enrikes xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

 

Qeyd edək ki, Amilkar Enrikes Panama yığmasında 75 oyuna oyuna çıxıb. 

Xəbər xətti