Vaqif Cavadov: "Yeni klubum sonuncu pillədə olmayacaq"

16:46 - 16 Aprel 2017

“Mən heç nə deyə bilmərəm. Zəif oynadıq və uduzduq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər AZAL-ın futbolçusu Vaqif Cavadova məxsusdur. “Təyyarəçilər” Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Netfçi”yə böyükhesabla məğlub olub – 0:4.

 

Oyundan sonra açıqlama verən Cavadov fikirlərini bildirib. O, çox zəif oynadıqlarını deyib:

 

“İnandırım sizi, heç nə danışa bilmirəm. Əsəbiyəm. Çox zəif oynadıq. İnanmıram ki, bir daha belə bərbad futbol oynayaq”.

 

Cavadov bütün qolları eyni səhvdən buraxdıqlarını vurğulayıb: “Öz səhvlərimizə görə uduzduq. Bütün qolları eyni səhvin ucbatından buraxdıq”.

 

Millimizin sabiq üzvü gələcək planlarından da söz açıb: “Mövsümün sonuna 2 oyun qalıb. İnşallah,mövsümün sonunda hər şeyə aydınlıq gələcək. Əlbəttə, yeni klubum sonuncu pillədə olan komanda olmayacaq. İddialı klubda olacam”.

Xəbər xətti