"Qarabağ"ı çempion edən qələbə GENİŞ İCMAL

21:42 - 16 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasıda 26-cı tura yekun vurulub və çempionun adı rəsmiləşib.
 
Sportal.az xəbər verir ki, günün ilk matçın Gəncədə keçirilib. Çempionluq şansı az da olsa qalan “Qəbələ” "Kəpəz"lə matçda gözlənilmədən uduzub – 0:2.
 
Bu nəticə isə "Qarabağ"ın çempionluğu erkən bayram etməsinə imkan yaradıb. “Kəpəz” – “Qəbələ” oyunundan sonra Bakıda "İnter"lə üz-üzə gələn Ağdam klubu qalib gəlib və sona iki tur qalmış "Qəbələ" ilə xal fərqini 7-yə çatdırıb. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ardıcıl 4-cü çempionluğu bayram edib. Ümumilikdə isə bu, Ağdam klubunun 5-ci çempionluğu olub.

 

"İnter" – "Qarabağ"  0 - 3

Qollar: Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78

 

Xəbər xətti