“Zirə”dən iki rekord

00:27 - 17 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXVI turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə edən “Zirə” iki rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə klubu cari mövsümdə ardıcıl 4 oyunda heç-heçə edən ilk komanda olub. XXIII turda “Qarabağ”la qolsuz bərabərə qalan Ayxan Abbasovun yetirmələri “Qəbələ”, “İnter” və “Sumqayıt”la görüşlərdə eyni – 1:1 hesablı sülhə imza atıb.

 

Bunadək mövsümün heç-heçə rekordu ardıcıl 3 bərabərlik əldə edən “İnter”, “Kəpəz”, “Qəbələ” və “Zirə”yə məxsus idi. Sonuncular bu seriyasını 4-ə çatdırmaqla həm də klub tarixinin rekorduna imza atıb. Bakılılar indiyədək ardıcıl 4 matçda 1 xal qazanmamışdı.

 

“Qəbələ” də XXVI turadək ardıcıl 3 heç-heçə etsə də, bu seriya “Kəpəz”lə səfər matçındakı 0:2 hesablı məğlubiyyətlə qırılıb.

Xəbər xətti