Qurban Qurbanov: "Azərbaycan futbolunun Rəşad Sadıqova ehtiyacı var"

01:22 - 17 Aprel 2017

Bu mövsümün sonu “Qarabağ”la müqaviləsi başa çatacaq Rəşad Sadıqov növbəti mövsümdə klubda qalacaq.

 

Sportal.az-ın xəbərinə görə, bu haqda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.

 

“Rəşad müqaviləyə önəm verməyən oyunçudur.  İnanıram ki, bundan sonra da komandamızda qalacaq. Nə vaxt desə ki, futboldan gedir, o vaxt da gedəcək. O da bizim tam icazəmiz olandan sonra (gülür). Hazırda biz daha yaxşı oynayan Rəşad görürük. Klub olaraq həm bizim, həm də bütovlükdə Azərbaycan futbolunun ona ehtiyacı var” – deyə Qurbaov “CBC Sport”a bildirib.

Xəbər xətti