"Turan Tovuz"un tarixində ilk dəfə

10:31 - 17 Aprel 2017

“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb. 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.

 

İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.
 
mövsüm    Çempion
1992    Nicat (Maştağa)
1993    Xəzri (Buzovna)
1993/94    Zabrat (Bakı) və Azneftyağ (Bakı)
1994/95    Şəmkir
1995/96    Sumqayıt
1996/97    Çinar (Göyçay)
1999/2000    Şahdağ (Quba)
2000/01    OİK (Bakı)
2001/02    Lokomotiv (İmişli)
2003/04    Gənclərbirliyi (Sumqayit)
2004/05    AMMK (Bakı)
2005/06    Gilan (Xanlar)
2006/07    Masallı
2007/08    Bakılı
2008/09    ABN-Bərdə
2009/10    Gəncə
2010/11    Abşeron (Bakı)
2011/12    Qaradağ Lökbatan
2012/13    Ağsu
2013/14    Araz-Naxçıvan
2014/15    Neftçala
2015/16    Neftçala
2016/17    Turan Tovuz

 

Qeyd: Bəzi komandalar sonradan adını dəyişib. “Nicat” “Bakı fəhləsi”, “Sumqayıt” “Xəzər”, OİK MOİK, AMMK indiki AZAL, “Gilan” “Qəbələ”, NBC “Muğan”, “Gəncə” isə “Kəpəz”dir.

 

Xəbər xətti