Toni Adamsın debütü uğursuz alındı

11:50 - 17 Aprel 2017

İspaniya La Liqasında 32-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın çalışdırdığı "Qranada" doğma azarkeşləri önündə "Selta"nı qəbul edib.

 

İngiltərəli mütəxəssisin debütü uğursuz olub. Belə ki, qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

 

Qeyd edək ki, "Qranada" 32 turdan sonra 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti