Ramil Şeydayev əvəzedici heyətdə qol vurdu

12:16 - 17 Aprel 2017

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Slovakiyanın "Jilina" klubu son turda meydana çıxmayıb. Buna səbəb "Jilina"nın yüksək liqadakı rəqibi "Spartak Miyava"nın çempionatdan kənarlaşdırılması olub.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Adrian Qula Ramil Şeydayevlə yanaşı bir neçə futbolçunu əvəzedicilərin heyətində çempionatının lideri "Koşitse" ilə oyunda meydana buraxıb. Ramil "Jilina"nın 5:1 hesablı qələbəsi ilə nəticələndiyi matçın 20-ci dəqiqəsində qol müəllifi olub. 

 

Bu qələbə sayəsində "Jilina"nın ikinci komandası 21 oyundan 33 xalla turnir cədvəlində 9-cu pilləyə qalxıb.

 

Xatırladaq ki, Ramil qış fasiləsində "Trabzonspor"dan icarəyə verildiyi "Jilina"nın əsas komandasında da 1 qol vurub.

Xəbər xətti