Dibala "Barselona"ya qarşı oynamaya bilər

“Yuventus” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, A Seriyasının 32-ci turunda “Peskara” ilə səfərdə matçında Turin klubunun aparıcı üzvü Paulo Dibala zədələnib. Gənc futbolçu Salli Muntari ilə mübarizə zamanı xəsarət alıb və oyunu davam etdirə bilməyib. Bu səbəbdən də Argentina yığmasının üzvü 54-cü dəqiqədə Sturaro ilə əvəzlənib.

 

Onun Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Barselona"ya qarşı matçda oynamaycağı gözlənilir.

 

Qeyd edək ki, “Yuventus” “Peskara” ilə səfər matçında 2:0 hesablı qələbə qazanıb.

 

Əlavə edək ki, "Barselona" - "Yuventus" matçı aprelin 19-u keçiriləcək.

Tarix: 17 Aprel [13:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio