Neymar oynamaq istədiyi klubun adını açıqladı

"Barselona"nın və Braziliya millisinin futbolçusu Neymar açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ulduz oyunçu gələcəkdə formasını geymək istədiyi komandanın adını açıqlayıb:

 

“Gələcəkdə “Flamenqo”nun heyətində meydana çıxmağı arzulayıram. “Marakana”nın dolu tribunalarının önündə Libertadores kubokunun qarşılaşmasında meydana çıxmaq pis olmazdı. Ancaq onu da deyim ki, hələ də “Santos”u sevirəm. Baxmayaraq ki, klub məni məhkəməyə verib. Onların belə hərəkətinin səbəbi mənə bəlli deyil”.

 

Qeyd edək ki, “Santos” klubu Neymarı və atasını dələduzluqda ittiham edərək, məhkəməyə vermişdi.

Tarix: 17 Aprel [14:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio