"İnter"in transfer faciəsi

İtaliyanın “İnter” klubu mövsümün əvvəlində transferlərə 154 milyon avro xərcləyib.

 

Sportal.az xəbər verir ki, bu məbləğ Milan təmsilçisini İtaliyada transferlərə ən çox xərcləyən klub etmişdi. Lakin “İnter” həmin transferlərin bir çoxundan istədiyi performansı ala bilmədi. 

 

Lissabon “Sportinq”indən 40 milyon avroya transfer edilən Joao Mario bu mövsüm 29 oyun keçirib. Portuqaliyalı yarımmüdafiəçi 3 qol vurub və 4 dəfə məhsuldar ötürmə verib.

 

Image result for joao mario inter

 

Böyük ümidlərlə “Santos”dan 29,5 milyon avroya transfer edilən Qabriel Barboza cəmi 153 dəqiqə forma geyinib. 20 yaşlı forvard cəmi 1 qol vurub.

 

Image result for gabigol inter

 

13,5 milyon avro qarşılığında “Mançester Siti”dən heyətə cəlb edilən Stefan Yovetiç isə cəmi 5 matçda iştirak etdi. Monteneqrolu forvard qol vura bilmədi və qış fasiləsində "Sevilya"ya icarəyə verildi.

 

Image result for jovetic inter

 

22 milyon avroya “Latsio”dan transfer edilən Antonio Kandreva isə Seriya A-da 32 oyuna 6 qol və 8 assistlik performans nümayiş etdirib.

 

Image result for candreva inter

 

“İnter” İtaliya A Seriyasında 32 turdan sonra 56 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.

Tarix: 17 Aprel [14:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio