Alonso: "Qvardiola məni istəyirdi, amma Busketsi seçdi"

“Bavariya”nın yarımmüdafiəçisi Xabi Alonso 2009-cu ildə “Real”a transfer olmamışdan öncə “Barselona” ilə müqavilə imzalaya biləcəyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, “El Pais” nəşrinə danışan təcrübəli futbolçu “Barselona”nın baş məşqçisi Pep Qvardiolanın onun cidmətində maraqlı olduğunu bildirib:

 

“Qvardiola həmin vaxt “Liverpul”un baş məşqçisi Rafael Beniteslə əlaqə saxlayıb, mənim onun oyun sisteminə uyğun gəldiyini demişdi. Qvardiola məni “Barselona”ya istəyirdi, xidmətimdə maraqlı idi, amma sonda Serxio Buskets variantını seçdi”.

 

Qeyd edək ki, “Real Sosyedad”, “Eybar”, “Liverpul”, “Real” və “Bavariya” kimi klublarda çıxış edən 35 yaşlı Alonso mövsümün sonunda karyerasını başa vuracaq.

Tarix: 17 Aprel [15:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio