Robert Prosineçki "Valensiya"da?

15:55 - 17 Aprel 2017

Millimizin baş məşqçisi Robert Prosineçki üçün növbətti iddia ortaya çıxıb.

 

Sportal.az “Kicker”ə istinadən xəbər verir ki, İspaniyanın “Valensiya” klubu xorvatiyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi düşünür.

 

Prosineçkinin türkiyəli agenti Yaşar Çalışır ötən günlərin birində İspaniyaya yollanıb və klubun rəhbərliyi ilə görüşüb.

 

Son bir il ərzində baş məşqçilərini əlcək kimi dəyişən klub rəhbərliyi bu problemi Prosineçki ilə yoluna qoymaq istəyir.

 

Bundan əlavə, Türkiyənin “Bursaspor” və “Konyaspor” klubları da 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsində görmək istəyirlər.

 

Qeyd edək ki, "Valensiya" La Liqanın turnir cədvəlində 32 oyundan sonra 40 xal toplayaraq 11-ci pillədə qərarlaşıb. "Yarasalar"ı hazırda Salvador Qonsales Marko (Voro) çalışdırır.

Xəbər xətti