Neymar ümid verdi: "Hələ heç nə bitməyib"

"Barselona"nın futbolçusu Neymar PSJ ilə oyundakı möcüzəsini "Yuventus"la matçda da gercəkləşdirə biləcəklərinə inanır.

 

Sportal.az xəbər verir ki, Turində keçirilən ilk görüşdə 0 - 3 hesabı ilə məğlub olan "Kataloniya təmsilçisinin hücumçusu bu məğlubiyyətin əvəzinə çıxacaqlarına inanır. 25 yaşlı forvard yarımfinala yüksələ biləcəklərinə ümidli olduğunu bildirib:

 

"Hələ heç nə bitməyib. İnansaq, bacararıq. "Yuventus"la oyunda 1 % şansımız var. Qalan 99 % çalışmaq, inanc və hədəflərimizdi. Hər şey düzgün getsə, "Yuventus" qarşısında geridönüş edə bilərik. Potensialımıza inanıram"

 

Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0 - 4 hesabı ilə məğlub olmasına baxmayaraq, cavab qarşılaşmasında 6 - 1 hesabı ilə qalib gələrək mərhələni keçmişdi.

 

Qeyd edək ki, "Barselona" - "Yuventus" matçı 19 aprel tarixində Bakı vaxtilə saat 22:45-də baş tutacaq.

Tarix: 17 Aprel [18:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio