Kamran Ağayev rəsmən "Boavişta"dan göndərildi

18:33 - 17 Aprel 2017

Porutuqaliyanın “Boavişta” klubu milli komandamızın qapıçısı Kamran Ağayevlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” səhifəsi məlumat yayıb. 31 yaşlı qolkiperlə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə ləğv edilib.

 

Qeyd edək ki, mövsümün əvvəlindən “Boavişta”da çıxış edən Kamran Ağayev  çempionatda 12, ölkə kubokunda isə 2 oyunda meydana çıxıb.

Xəbər xətti