Vüqar Əsgərov yeni mövsümə qolla başladı

00:16 - 18 Aprel 2017

Futbol üzrə Latviya birinci liqasında yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne" də ilk oyunda doğma meydanda "JDFS Alberts"i qəbul edib. Futbolçumuzun komandası qarşılaşmadan 3 - 0 hesablı qələbə ilə ayrılıb.

 

Matça start heyətdə başlayan və sonadək meydanda olan Vüqar komandasının qələbəsində xüsusi pay sahibi olub. Belə ki, ötən mövsüm bu birinciliyin bombardiri olan futbolçumuz 75-ci dəqiqədə matçda son nöqtəni qoyub.

Xəbər xətti