Premyer Liqaya yüksələn ilk komanda müəyyənləşdi

00:43 - 18 Aprel 2017

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bu xoşbəxtlik "Brayton" klubuna nəsib olub. Belə ki, Çempionşipin hesabat turunda "Uiqan"a 2:1 hesabı ilə qalib gələn sözügedən komanda Premyer Liqaya vəsiqəni lider kimi rəsmiləşdirib.

 

Bununla da "Brayton" 34 illik faslədən sonra Premyer Liqaya yüksəlib.

Xəbər xətti