Berbatov Premyer Liqaya qayıtmaq istəyir

10:43 - 18 Aprel 2017

Bolqarıstan millisinin sabiq üzvü Dimitar Berbatov karyerasını bitirmək niyyətində deyil.
 
Sportal.az xəbər verir ki, Yunanıstanın PAOK klubundan ayrıldıqdan sonra işsiz qalan hücumçu xarici mətbuata açıqlamasında karyerasını bitirmək istəmədiyini, yenidən İngiltərə Premyer Liqasında oynamağı arzuladığını deyib.
 
O, hətta “Sanderlend”lə danışıqlar apardığını da təsdiqləyib: “Futbol oynamaq istəyirəm. Düzünü deyim, 2 menecerlə də görüşmüşəm. “Sanderlend” klubu ilə danışıqlar aparsam da, anlaşa bilmədik. Hazırda özümü çox yaxşı hiss edirəm. Meydana çıxmaq, azarkeşlər, dostlarım üçün oynamaq istəyirəm. Premyer Liqa hamının çıxış etmək istəyəcəyim çempionatdı. Burda daha əvvəl çıxış etmiş oyunçular geri qayıtmaq istəyirlər. Mən də həmçinin”.
 
Qeyd edək ki, Berbatov İngiltərə Premyer Liqasında “Tottenhem”, “Mançester Yunayted” və “Fulhem”in heyətində meydana çıxdığı 229 oyunda 94 qol vurub

Xəbər xətti