Ramil Şeydayev Slovakiyada növbəti qolunu vurdu VİDEO

11:14 - 18 Aprel 2017

Millimizin üzvü Ramil Şeydayev Slovakiyada daha bir qol vurub.

 

Sportal.az xəbər verir ki, gənc hücumçu bu dəfə əsas yox, əvəzedici komandanın heyətində fərqlənib. Lider "Koşitse" ilə qarşılaşan "Jilina"nın əvəzediciləri rəqibini 5:1 hesabı ilə darmadağın edib. Şeydayev matçın 20-ci dəqiqəsində rəqibi mərkəzə dəvət edib.

 

Qeyd edək ki, "Jilina"nın əsas komandası cari turda "Spartak Miyava" ilə qarşılaşmalı olsa da, sözügedən komandanın çempionatdan uzaqlaşdırılması səbəbi ilə matç keçirilməyib.

 

Xəbər xətti