"Sumqayıt"a 4000 manat, futbolçusuna 4 oyunluq cəza verildi

12:34 - 18 Aprel 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 8 №-li futbolçusu Nicat Muxtarov  hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Xəbər xətti