"Atletiko" "Beşiktaş"ın futbolçusu "elçi düşdü"

13:13 - 18 Aprel 2017

Madridin "Atletiko" klubu "Beşiktaş"ın futbolçusu Oğuzxan Özyaqubu heyətinə qatmaq istəyir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya təmsilçisi Türkiyə millisinin üzvünü mövsümün sonunda transfer etmək istəyir. La Liqa klubunun baş məşqçisi Dieqo Simione 24 yaşlı yarımmüdafiəçinin transferində israrlıdı.

 

Artıq Mardid klubunun rəsmiləri Oğuzxanın transferi ilə bağlı "Beşiktaş"la görüşüb. "Atletiko" gənc futbolçunun transferi üçün "qara qartallar"a 15 milyon avro ödəməyə hazırdı. "Beşiktaş" isə kapitanı 25 milyon avrodan aşağı qiymətə satmaq istəmir.

Xəbər xətti