Qurban Qurbanovun anası dəfn edildi

14:56 - 18 Aprel 2017

"Qarabağ"ın  baş məşqçisi Qurban Qurbanovun anası dəfn edilib.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun anası Güləbatın xanım ilə Zaqatala rayonunda vida mərasimi keçirilib. Daha sonra o, rayonun Aşağı Tala kəndinin qəbiristanlığında dəfn edilib. 

 

Dəfn mərasimində "Qarabağ" klubunun kollektivi, Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

 

Qeyd edək ki, 45 yaşlı mütəxəssisin anası Güləbatın xanım bu gecə dünyasını dəyişib. (Rreport)

Xəbər xətti