Dəniz Yılmaza "Bursaspor"da yer yoxdu

15:41 - 18 Aprel 2017

Millimizin və "Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə Super Liqasında "Akhisar”la səfər matçında əsas heyətdə meydana çıxmayacaq.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Mutlu Topçu millimizin hücumçusuna sözügedən qarşılaşmada oynatmamağa qərar verib. Dənizin son oyunlarda zəif performan nümayiş etdirməsi səbəbindən baş məşqçi bu addımı atıb.

 

Topçu Dənizin əvəzinə 5 həftədən sonra zədəsini sağaldan rumıniyalı Boqdan Stankuya şans verəcək.

 

Qeyd edək ki, "Akhisar” – "Bursaspor” oyunu aprelin 23-ü keçiriləcək.

Xəbər xətti