Harri Rednappın yeni iş yeri məlum oldu

16:15 - 18 Aprel 2017

İngiltərəli mütəxəssis Harri Rednapp özünə yeni iş tapıb.

 

Sportal.az xəbər verir ki, 70 yaşlı mütəxəssis İngiltərə Çempionşip təmsilçisi “Birmingem”i çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb. Rednapp “Birmingem”in baş məşqçi postunda dünən klubla yollarını ayıran Canfranko Zolanı əvəz edib.

 

Qeyd edək ki, "Vest Hem", "Sauthempton", "Portsmut", "Tottenhem", KPR kimi klubları çalışdıran Rednapp sonuncu dəfə İordaniya millisinin "sükanı arxası"nda olub.

 

43 turdan sonra hesabında 47 xal olan “Birmingem” 24 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Xəbər xətti