Julien Ebah: "Bu, bizim üçün bəhanə olmamalıdır" MÜSAHİBƏ

17:43 - 18 Aprel 2017

"Kəpəz"in futbolçusu Julien Ebah müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Son turda doğma meydanda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdiniz.

- Biz meydana 3 xal üçün çıxmışqdıq. Həmin gün komanda olaraq oyunumuz çox yaxşı alındı. Artıq “Qəbələ” ilə oyunu unutmuşuq və bu tur qarşılaşacağımız AZAL-la oyun haqda fikirləşirik. Sona qədər mübarizə aparacğıq.

 

- Deyə bilərikmi, “Kəpəz” bu mövsüm “Qəbələ” ilə matçda ən yaxşı oyununu göstərdi?

- Bu oyunda hər şey istədiyimiz kimi alındı. “Qəbələ” də çempionatın güclü komandalarından biridir. Ancaq bu o demək deyil ki, “Qəbələ” bizi məğlub etməliydi. Komanda olaraq meydanda vuruşduq, baxımlı oyunla qələbə qazandıq.

 

- Artıq mövsümün bitməsinə iki tur qaldı. Avrokuboklara vəsiqə qazanmaq üçün hələ də şansınız qalıb...

- Riyazi cəhətdən şanslarımız elə də yüksək deyil. Amma bu futboldur, hər şey mümkün ola bilər. Bu dəqiqə bizim üçün vacib olan AZAL-la oyunda qələbə qazanmaqdır. Baxmayaraq ki, AZAL sonuncu pillədədir, amma güclü futbolçuları var. Onlar öz meydanlarında daha yaxşı oynayırlar.

 

- Bu mövsüm “Kəpəz” səfər oyunlarında çox az xal toplaya bilib və AZAL-la oyununuz səfərdədir.

- Düzdür. Bu mövsüm ev oyunlarında çox xal toplamışıq. Ancaq bu o demək deyil ki, səfər oyunlarında heç nə etmirik. Son 5 oyunumuza baxsaq, görərik ki, komanda olaraq çox yaxşı oyun sərgiləyirik. Hazırda vacib olan qarşıdakı AZAl və “İnter”lə oyunlarda qələbə qazanmaqdır.

 

- Amma AZAL-ın stadionunun ot örtüyü ideal vəziyyətdə deyil...

- Bu haqda çox danışmaq lazım deyil. Çünki hər iki komanda eyni şərtlər altında oynayacaq. Düzdür, rəqibin stadionu süni örtükdür. Amma bu süni örtük “Sumqayıt” və “İnter”dəki kimi yaxşı vəziyyətdə deyil. Bir daha təkrar edirəm, bu bizim üçün bəhanə olmamalıdır.

 

- AZAL-ı məğlub etsəniz, sonuncu turda “İnter”i evdə qəbul edəcəksiniz. Bu oyunun doğma azarkeşlərinizin önündə olması sizin üçün əlavə bir üstünlük sayıla bilər?

- Əlbəttə, bizim üçün azarkeşlərimizin önündə oynamaq üstünlükdür. Ancaq rəqibimiz “İnter”dir, hansı ki çempionatın ən güclü komandalarındandır. “İnter” və “Qarabağ”a qarşı bizim üçün çətin olub.Həm AZAL, həm də “İnter”i məğlub edərək mövsümü major notlarla bitirmək istəyirik.(Futbol11.az)

Xəbər xətti