İstanbul derbisinin tarixi müəyyənləşdi

00:00 - 19 Aprel 2017

Türkiyə Super Liqasının XXX turunda keçiriləcək “Beşiktaş” – “Fənərbaxça” matçının vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mayın 7-də “Vodafone Arena”da keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.

 

Xatırladaq ki, tərəflər arasında ilk dövrədə keçirilən qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

Xəbər xətti