Ronaldodan növbəti rekord

10:20 - 19 Aprel 2017

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, hücumçu Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb. O, Münhen “Bavariya”sı ilə 1/4 final mərhələsinin cavab görüşündə “het-trik” edərək aktivindəki qolları 100-ə çatdırıb.

 

Qeyd edək ki, Ronaldo bu qollardan 18-ni İngiltərənin “Mançester Yunayted” klubunda, digərlərini isə Madrid klubunda vurub.

Xəbər xətti