Ən çox nifrət edilən klublar SİYAHI

Bütün dünyada qıcıq yaradan, nifrət edilən klublar var.

 

Sportal.az saytı həmin komandaları təqdim edir:

 

“Zenit”

 

Futbol insanları bir araya gətirən idman növüdür. Ancaq Rusiyanın “Zenit” klubu bu açıqlaması ilə peşəkarlıqdan kənar hərəkət etmişdi. Klubun azarkeşləri 2012-ci ildə komandaya zənci və gey futbolçuların transferinin qadağan olunmasını tələb etmişdilər. Bu ayrı-seçkilik və irqçi addım klubun imicinə xələl gətirdi və “Zenit”ə nifrət edənlərin sayı çoxaldı.

 

Image result for zenit fc anderlecht

 

“Seltik”, “Reyncers”

 

“Old Firm” derbisi dünyanın ən öndə gedən derbilərindən hesab edilir. Şotlandiya klubunun azarkeşləri bu derbiyə xüsusi gözəllik qatır. Bu iki klubun azarkeşləri bir araya gələndə təbii ki, qan düşməlidi. 

 

Image result for celtic vs rangers

 

“Barselona”

 

Dieqo Maradonanın yaxşı bir cümləsi var: “Ən çox nifrət edilən klublar, ən böyük komandalar olur”. “Barselona” da ən çox nifrət edilən klublardan biridir. Xüsusilə də “Real” azarkeşləri tərəfindən. Nifrət o qədər yüksəkdir ki, Kataloniya təmsilçisinin qazanıldığı uğurlarında hakimlərin böyük pay olduğu söylənilir. Hətta bununla bağlı “Uefalona” sözü də mövcuddur.

 

Related image

 

“Yuventus”

 

“Yuventus” İtaliyada hegemonluq edirdi. 2006-cı il... Turin təmsilçisi aşağı liqaya göndərildi, digər komandalar rahat nəfəs almağa başladılar. Təbii ki, nifrət də artırdı. “Yuventus” yenidən liqaya qayıtdı və hegemonluğunu davam etdirir. Digərləri də nifrət etməyi...

 

Related image

 

“Milton Kins Dons”

 

İngiltərənin aşağı liqasında mübarizə aparan “MK Dons”a “Niyə nifrət etməliyəm?” – deyə soruşa bilərsiz. “Uimbldon” klubu 1980-cı illərdə qızıl dövrünü yaşayırdı.  2003-cü ildə isə klub bağlanmağa doğru gedirdi. İngiltərə Futbol Federasiyası “Uimbldon”un “MK Dons”a birləşməsini təklif etdi. Ancaq “MK Dons” bununla razılaşmadı və “Uimbldon”un zəifləməsi üçün əllərindən gələni etdilər.

 

Image may contain: 3 people, people playing sports and outdoor

 

“Liverpul”

 

“Liverpul” dünyanın ən çox sevilən komandalarından biridir. Ancaq İngiltərədə durum tam fərqlidir. “Qırmızılar”a nifrət edənlər çoxdur. “Mançester Yunayted”, “Arsenal”, “Everton”, “Çelsi”... Nifrət söhbətində “Liverpul” İngiltərədə ən şanssız klubdu.

 

Image result for liverpool klopp happy

 

“Milluol”

 

İngiltərənin ən çılğın azarkeşlərinə “Milluol” da sahibdir. Onların məşhurluğu filmə də gedib çıxıb. “Yaşıl küçə xuliqanları” böyük əks-səda doğurmuşdu. Komandaya o qədər nifrət edilir ki, hətta “Milluol” azarkeşləri “Heç kim bizi sevmir, bu, bizi maraqlandırmır da” – deyirlər.

 

Image may contain: 3 people, people playing sports, stadium and outdoor

 

“Çelsi”

 

“Bütün uğurları pulun arxasında dayanıb” deyilən komanda hesab edilir. Rus milyoner Roman Abramoviç külli miqadarda komandaya vəsait yatırıb.

 

Image result for roman abramovich chelsea 2012

 

“Leyptsiq”

 

Bu komanda yeni yaranıb, axı, niyə nifrət edək? Amma inanın, Almaniyada bu komandaya çox nifrət edirlər. Komanda 2009-cu ildə yaranıb və “Red Bull”un sayəsində hər mövsüm yüksək liqaya çıxdılar və ötən mövsüm nəhayət, Bundesliqaya vəsiqə qazandılar. Növbəti mövsüm isə bu komanda Çempionlar Liqasında mübarizə aparacaq. “Red Bull” şirkəti komandaya külli miqdarda yatırım edir. Almaniyanın digər klublarının azarkeşləri “Leyptsiq”i həm də qısqanırlar.

 

Image may contain: one or more people, people playing sports and outdoor

 

“Mançester Yunayted”

 

Ən çox sevilən, ən çox da nifrət edilir. Dünyanın ən çox sevilən komandası olan “qırmızı şeytanlar” ən çox nifrət edilən klublardan biridir.  Aleks Ferqyusson gedişindən sonra komandanın hər uğursuzluğundan sonra bir çoxları “Mançester Yunayted”i aşağılamaq üçün fürsət tapır. Xüsuilə də “Liverpul” fanatları.

 

Image may contain: 1 person, playing a sport and outdoor

Tarix: 19 Aprel [12:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2017
11  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio