Serxio Ramos: "Pike PSJ ilə oyunun təkrarına baxsın"

Serxio Ramos "Barselona"nın müdafiəçisi Xerard Pikenin "Real" - "Bavariya" matçından sonra şəxsi "twitter" səhifəsində etdiyi paylaşımına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu matçın baş hakimi Viktor Kaşşainin səhvləri nəticəsində "Real"ın qələbə qazandığına işarə vuraraq, səhifəsində yalnız üç nöqtə qoymaqla fikayətlənib.

 

"Real"ın kapitanının isə məsələyə reaksiyası belə olub: 

 

"Pikenin bu gecəki hakimliyə münasibəti? Qoy, o, PSJ ilə oyunun təkrarına baxsın. Hələ gözləyək, görək bu gün "Yuventus"la oyunu necə olacaq".

 

Qeyd edək ki, iki oyunun nəticəsinə görə 6:3 hesabı ilə qalib gələn "Real" Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Tarix: 19 Aprel [13:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio