"Bakı"nın sabiq baş məşqçisinin yeni iş yeri məlum oldu

14:27 - 19 Aprel 2017

"Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkov özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Latviya millisinin baş məşqçisi təyin edilib. Bu haqda Latviya Futbol Federasiyasının saytı məlumat yayıb.

 

Qeyd edək ki, Starkov buna qədər iki dəfə (2001-2004 və 2007-2013-cü illərdə) Latviya millisinin baş məşqçisi olub. O, bu vəzifədə çalışarkən eyni zamanda “Bakı” klubunun (2011-12) baş məşqçisi işləyib.

Xəbər xətti