Əfsanələr yenidən yaşıl meydanda

Ötənlərin məşhur futbolçuları yenidən yaşıl meydanda üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, canlı əfsanələr Bolqarıstanın Sofiya şəhərində keçiriləcək xeyriyyə matçında bir-birinə rəqib olacaqlar.

 

Belə ki, Dmitar Berbatovla Luiş Fiqunun komandaları xeyriyyə məqsədiylə meydana çıxacaq.

 

Berbatovun komandasında Edvin van der Sar, Qarri Nevill, Pol Skoulz, Patris Evra, Xristo Stoiçkov, Rayan Giqqz, Nemanya Vidiç kimi məşhurlar olacaq. 

 

Fiqunun komandasında yer alacaq veteranların da bəzilərinin adları bəllidir. Bunlar Zinəddin Zidan, Fabio Kannavaro, Maykl Oven, Roberto Karlos, Toldo, Miçel Salqado, Robert Pires, Yens Lemmandır.

Tarix: 19 Aprel [15:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2017
26  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio