Millimiz meydan sahiblərinə qalib gəldi

16:33 - 19 Aprel 2017

Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş 17 yaşadək qızlar arasında UEFA İnkişaf turnirində II turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması meydan sahibləri ilə qarşılaşıb.
 

Komandamızın Monteneqro komandası ilə görüşünün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.
 

Qeyd edək ki, millimiz ilk oyununda Bosniya və Herseqovinaya 1:3 hesabı ilə məğlub olmuşdu. Komandamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstana qarşı keçirəcək.

Xəbər xətti