"Barselona"da 4 itki

"Barselona" klubunun 4 futbolçusu "Yuventus"la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə meydana çıxmayacaq. 

 

Sportal.az xəbər verir ki, Aleyş Vidal və Rafinya zədəli olduqları üçün oynamamayacaqlar. Türkiyəli yarımmüdafiəçi Arda Turanla fransalı müdafiəçi Jeremi Matyönün adı da iştirak ərizəsinə salınmayıb. Onların hansı səbəbdən kənarda qaldıqları bilinmir.

 

Qeyd edək ki, "Barselona" - "Yuventus" qarşılaşması bu gecə Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Tarix: 19 Aprel [17:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2017
18  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio