Ansi Aqolli "Qarabağ"da qalacaq

17:30 - 19 Aprel 2017

Albaniya millisinin müdafiəçisi və kapitanı Ansi Aqolli ardıcıl 4-cü dəfə çempion olduğu “Qarabağ"la yeni müqavilə imzalayacaq.  

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı albaniyalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, ölkəmizdə oynamaqdan xoşbəxtdir və qarşıdakı bir ili də Ağdam klubunda keçirmək istəyir. 

 

Qeyd edək ki, Albaniya millisinin kapitanı 2012-ci ildən "Qarabağ"da çıxış edir. 

Xəbər xətti