Aqolli: "Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik"

"Ardıcıl dördüncü dəfə çempion olduq. Komandamızda bu mövsüm zədəlilərin çox olmasına baxmayaraq, bütün futbolçular xarakter göstərdi və çempion olduq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibəsində deyib.

 

Ardıcıl 4-cü çempionluqlarından danışan 34 yaşlı futbolçu hazırda qarşıdakı oyunları və kubokun finalında "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan danışıb: "Bir neçə gün sonra ölkə kubokunun finalının hazırlıqlarına başlayacağıq. "Qəbələ" güclü futbolçulardan ibarət bir komandadır, bizi ağır oyun gözləyir. Mövsümü "qızıl dubl"la tamamlamaq istəyirik".

 

Aqolli bu mövsüm avrokuboklardakı hədəflərinin Çempionlar Liqasının qrup mərhələsində oynamaq olduğunu deyib: "Biz çempionluğu əldə etdik, digər həfəimiz isə kuboku başımız üzərinə qaldırmaqdır. Bundan sonra ÇL haqda düşünəcəyik. Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik". 

 

Təcrübəli futbolçu Albaniya millisinin digər üzvü Andi Linanın adının Azərbaycan klubları ilə birgə hallanmasından danışıb: "Ümid edirəm ki, Lina yaxın gələcəkdə Azərbaycanın öndə gedən komandalarından biri ilə müqavilə imzalayacaq. Lina müqavilə imzaladıqdan sonra bu haqda ətraflı danışa bilərəm".

 

Müdafiəçi söhbət əsnasında Albaniya çempionatından da söz açıb: "Ölkə çempionatının səviyyəsi ildən-ilə yüksəlir. Artıq 3 komanda ilk pillə uğrunda mübarizə aparır. Ümid ediəm ki, çempionatın səviyyəsi daha da inkişaf edəcək".

 

Aqolli Albabniya millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışından da danışıb: "Bu il bizim üçün çox çətin oldu. Ötən ilin yayında AÇ-nın qrup mərhələsində iştirak etdik. Amma seçmə mərhələyə istədiyimiz kimi başlaya bilməmişik. Növbəti turda İsrail yığması ilə çətin oyunumuz var. Həmin oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq".

Tarix: 19 Aprel [18:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio