"Beşiktaş" üçün təhlükə: Avrokuboklardan uzaqlaşdırıla bilər

Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Lion” - “Beşiktaş” oyunu ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, qurum hər iki kluba pul cəzası verməklə yanaşı, onlara şərt də qoyub. Belə ki, qarşıdakı iki il ərzində hər iki komanda oxşar hadisə ilə gündəmə gəlsə, avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaqlar.

 

Bundan başqa, səbəbkarlar hərəyə 100 min avro cəza da ödəyəcəklər.

 

Qeyd edək ki, “Lion” - “Beşiktaş” oyunundan öncə yerli və qonaq azarkeşlər arasında insident yaşanmış, buna görə matç 45 dəqiqə gec başlamışdı. Oyundan sonra hər iki tərəf insidentə görə digərini günahlandırsa da, UEFA tərəfləri eyni dərəcədə günahkar bilib.

Tarix: 20 Aprel [00:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2017
23  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio