Budaqsız "Sportinq" məğlub oldu

00:07 - 20 Aprel 2017

Portuqaliya Sequndasında 37-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" səfərdə "Penafiel"lə qarşılaşıb.

 

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Nəsirov oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

"Sportinq"in ikinci komandası hazırda 50 xalla 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti