Millimizin üzvü oynadı, komandası 3 xala sevindi

10:30 - 20 Aprel 2017

Türkiyə PTT I liqasında XXVIII turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ufuk Budakın formasını geyindiyi “Manisaspor” bu turda “Samsunspor”un qonağı olub.
 
Ufukun start heyətində mübarizə apardığı qarşılaşmadan manisalılar 2 - 1 hesablı qələbə ilə ayrılıblar. Yığmamızın üzvü 50-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
 
Qeyd edək ki, bu nəticədən sonra 14-cü pilləyə yüksələn “Manisaspor”un aktivində 30 xal var.

Xəbər xətti