"Atletiko"da ciddi itki

Madrid “Atletiko”su ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin müdafiəçisi Xuanfran Çempionlar Liqasının “Lester”ə qarşı səfər oyununda (1:1) sıradan çıxıb. Sağ ayaq əzələsindən zədə alan 32 yaşlı müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Qeyd edək ki, “Atletiko” iki oyunun nəticəsinə əsasən (1:0, 1:1) “Lester”i mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Tarix: 20 Aprel [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio