"Neftçi" "Zirə" ilə matça onsuz çıxacaq

11:50 - 20 Aprel 2017

Premyer Liqasının XXVII turunda "Zirə" ilə qarşılaşacaq "Neftçi" oyunun hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" vacib matça tam heyətlə hazırlaşa bilmir. Belə ki, komandanın aparıcı müdafiəçisi Kiril Petrov zədə səbəbindən kolletivlə birgə çalışmır. Onun "Zirə" ilə matçda iştirak etməyəcəyi dəqiqdir. 

 

Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu aprelin 23-də keçiriləcək. 

Xəbər xətti