Qriqorçuk "Qəbələ"yə görə millidən imtina etdi

12:10 - 20 Aprel 2017

Milli komandanın baş məşqçi postuna Aleksandr Starkovu gətirən Latviya Futbol Federasiyasının baş katibi Yanis Mezeckis yığmaya namizədlər arasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun da adının olduğunu bildirib.

 

Sportal.az xəbər verir ki, o, Azərbaycan klubunun ukraynalı çalışdırıcısının  siyahıda ilk yerlərdə olduğunu deyib. Mezeçkis latviyalı baş məşqçi ilə anlaşdıqları üçün şad olduqlarını da bildirib:

 

“Düzdür, latviyalı məşqçinin olması hamımızın ilk istəyi idi. Biz Azərbaycan klubu “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Roman Qriqorçukla da danışdıq. Lakin söhbətimiz yarımçıq qaldı. Onun “Dauqavpils”də və “Ventsplis”də gördüyü işlərə hörmətimiz var. Amma Qriqorçuk bildirdi ki, o özünü klubda daha yaxşı hiss edir, nəinki milli komandada”.

Xəbər xətti