Dino Ndlovu: "Mənə deyirdilər ki, sən yaxşı oyunçu deyilsən"

13:59 - 20 Aprel 2017

"Qarabağ"ın futbolçusu Dino Ndlovu onu tənqid edənlərə cavab verib.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı hücumçu öz "instagram" hesabından etdiyi paylaşımda aşağıdakı fikirləri qeyd edib:

 

“Yadımdadı, onlar mənə deyirdilər ki, sən yaxşı oyunçu deyilsən. Amma hansı şəraitdə oluramsa-olum, heç vaxt ruhdan düşmədim, məqsədimə doğru getdim”.

 

Qeyd edək ki, 27 yaşlı forvard "Qarabağ"a mövsümün əvvəlində Kiprin "Anortosis" klubundan transfer olunub. O, Ağdam təmsilçisinin heyətində 11 qol vurub.

Xəbər xətti