Ranyeri: "Barselona" erası bitib"

14:29 - 20 Aprel 2017

İtaliyalı məşqçi Klaudio Ranyer Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarını dəyərləndirib. 

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı iki oyunun nəticəsinə görə "Yuventus"a məğlub olan "Barselona"nın dünya futbolunda söz sahibi olmadığını dilə gətirib. O, arıtq "Barselona" erasının başa çatdığını deyib:

 

“Dünya futbolunda müxtəlif vaxtlarda müxtəlif komandaların erası olub. “Mançester Yunayted”, “Ayaks”, “Yuventus”, “Milan”, “İnter” eraları olub. Ondan sonra növbə “Barselona” və “Real”a çatdı. Artıq “Barselona” erası da bitib. Kataloniya klubu üçün hər şey sona çatıb”.

 

Qeyd edək ki, "Barselona" "qoca sinyora"ya ilk oyunda 3:0 hesabı ilə məğlub olmuşdu. Ötən gecə baş tutan cavab qarşılaşmasında isə hesab açılmamışdı.

Xəbər xətti