Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü nə vaxt atılacaq?

UEFA Avropa Liqası və Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi vaxt məlum olub.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Sion şəhərində keçiriləcək tədbir aprelin 21-də baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə 15:00-da isə Avropa Liqasının yarımfinal mərhələsinin cütlükləri bəlli olacaq.

 

1/4 final mərhələsində olduğu kimi, yarımfinalda da iki ölkənin təmsilçisi bir-birinə rəqib ola bilər.

 

Çempionlar Liqasında yarımfinala “Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya) və “Atletiko” (Madrid, İspaniya) klubları yüksəliblər.

 

Avropa Liqasında isə yarımfinalçılar aşağıdakı cütlüklərdən sonra bəlli olacaq:

 

“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)
“Genk” (Belçika) – “Selta” (İspaniya)
“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)
“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

Tarix: 20 Aprel [15:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio