"Monako" bunu bacaran ilk komanda oldu

Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında Dortmund "Borussiya"sından üstün olan (3:2, 3:1) "Monako" adını yarımfinala yazdırmağı bacarıb.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisi bununla bir ilki gerçəkləşdirib.

 

Belə ki, Leonardo Jardimin yetirmələri mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayıb, yarımfinala qədər irəliləyən ilk komandadı.

 

Qeyd edək ki, "Monako" sonuncu dəfə 2004-cü ildə ÇL-də final oynayıb. Həmin vaxt finalda "Porto"ya 0:3 hesabı ilə uduzan fransızlar, gümüş medallarla kifayətlənmişdi.

Tarix: 20 Aprel [16:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2017
22  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio