Alleqri: "İnanılmazı bacarmışıq"

17:22 - 20 Aprel 2017

“Bu mövsüm etdikləri hər şey üçün futbolçularıma təşəkkür etməliyəm. Yarımfinalda oynamağa haqq qazanaraq irəliyə doğru inamlı addım atdıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyunundan (0:0) sonra deyib.

 

Mütəxəssis “Barselona”nı mübarizədən kənarlaşdırmağın inanılmaz olduğunu bildirib: “Bu gün çox yaxşı müdafiə olunduq, sadəcə hücumda bir az dəqiqlik çatmadı. İki oyunda “Barselona”dan qol buraxmamaq inanılmazdır. Biz hər zaman öz üzərimizdə işləyirik, futbolçular da anlamalıdırlar ki, daha yaxşısını da etmək olar”.

 

Qeyd edək ki, "Yuventus" ilk oyunda "Barselona"nın qapısından 3 cavabsız qol keçirmişdi. 

Xəbər xətti