Mbappe Messinin rekordunu yenilədi

18:53 - 20 Aprel 2017

“Monako”nun hücumçusu Kilian Mbappe rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, gənc oyunçu debüt ilində Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələsinin hər iki oyununda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

 

1/4 final mərhələsinin cavab qarşılaşmasında “Borussiya” ilə oyunda fərqlənən Mbappe ilk oyunda da dublla yadda qalmışdı. O, “Mançester Siti” ilə 1/8 final oyunlarının hər ikisində də qol vurmağı bacarmışdı.

 

Mbappe daha bir nəticə ilə Messini arxada qoyub. 18 yaşlı forvard Kilian ÇL-nin pley-off mərhələsində 5 qol həddinə çatan ən gənc oyunçudu. Messi isə 5-ci qoluna imza atanda 23 yaşında idi. 

Xəbər xətti